Bakıda iki qadını maşın vurdu
- 26.07.2013, 12:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 25-də Bakıda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Ə.Əliyev küçəsi ilə N.Hacıyev küçəsinin kəsişməsində Eyvazov Nadir Gümüş oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1979-cu il təvəllüdlü Zeynalov Ruslan Saday oğlunun sürdüyü “Wolksfagen Passat” markalı iki avtomobil toqquşub. Nəticədə “Passat” yoldan çıxıb və səkidə dayanmış qadını vurub. 45-50 yaşlı qadın ağır bədən xəsarətləri alıb və hadisə yerindəcə keçinib.
Daha bir ağır yol qəzası Suraxanı rayonunda baş verib. Beton yol kimi tanınan Zığ-aeroport avtobanında “VAZ 2106” markalı avtomobil yüksək sürətlə traktora çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsünü həyat yoldaşı olan 31 yaşlı qadın hadisə yerindəcə keçinib. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lent.az