Tramp impiçment üzrə bütün ittihamları rədd edib




ABŞ prezidenti Donald Tramp impiçment üzrə bütün ittihamları qəti surətdə rədd edir və onu bəraət qazandırmağı tələb edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin vəkillərinin Senata impiçment prosesinə çağırışla bağlı ünvanladığı 7 səhifəlik cavabında deyilir.

"Prezident Tramp impiçmentin hər iki bəndi üzrə bütün ittihamları tamamilə və qəti surətdə rədd edir. Prezident onun üçün bütün mümkün müdafiə hüquqlarını saxlayır. Bu cavabda ifadə edilmiş səbəblərdən və qarşıdakı ifadədə Senat impiçmentə təqdim olunmanı rədd etməlidir", - Trampın hüquqşünaslarının təqdim etdiyi sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, Nümayəndələr Palatasında qəbul edilmiş ittihamlar hətta Trampı cinayətlərdə və ya hər hansı qanun pozuntusunda rəsmi ittiham etmir.

"Prezidentin hərəkətləri konstitusion, tamamilə qanuni, tamamilə adekvat idi, onlar bizim milli maraqlarımızın irəliləyişi üçün edilirdi", - sənəddə deyilir.

Tramp həmçinin Konqresin işinə mane olmaq da daxil olmaqla, ona qarşı irəli sürülən ittihamları "absurd" adlandırıb.

Şərhlər
Dünya bölməsinin xəbərləri