IMF qlobal iqtisadi artım proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu (İMF) 2020-ci il iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,3% səviyyəsinə endirib.

LIVE.az-ın məlumatına görə,  bu barədə repor xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qurum ticarət müharibələri və qlobal gərginliklər səbəbi ilə iqtisadi artım proqnozunu mənfi yöndə yeniləsə də, ümumilikdə, bu il iqtisadiyyatın canlanmasını gözləyir.

Qeyd edək ki, İMF gələn il iqtisadi artım tempinin bir qədər də yüksəlib 3,4% həddində olacağını proqnozlaşdırır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri