SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb


Yanvarın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

LİVE.az-ın məlumatına görə, bunu report SOCAR-a istinadən xəbər verir.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

 


Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.

Görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün yekununda SOCAR və “LUKoil” şirkətləri arasında bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri