Böyük Çin Səddi turistlərin üzünə bağlanıb
- 24.01.2020, 19:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Çin Səddinin bir hissəsi koronavirusun yayılması səbəbindən turistlər üçün bağlanılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, səddin Pekinə yaxın bəzi hissələri sabahdan etibarən bağlanacaq.
Həmçinin Lama daxil olmaqla məşhur məbədlərə və paytaxtın ən görkəmli yeri olan “Yasaq şəhər”ə giriş məhdudlaşdırılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə boyu və onun xaricində olan bütün turları ləğv etmək barədə tapşırıqlar verib.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.