Türkiyədə 6.8 bal gücündə zəlzələ olub - ölənlərin sayı 21-ə çatdı
- 25.01.2020, 11:06,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
LİVE.az türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
Ölənlər arasında azərbaycanlı yoxdur.
XXX
Türkiyənin şərqindəki Elaziğdə yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb.
XXX
Ötən gecə Türkiyə 6.8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib.
Zəlzələ Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş, Şanlıurfa şəhərlərində hiss olunub.
Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər isə yaralanıb. Zəlzələ bölgəsində xilasetmə əməliyyatları davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna deyil.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər.