Avtovağzal: Gecə reyslərindən 23 min sərnişin istifadə edib
- 25.01.2020, 12:14,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il avtobuslar üçün istifadəyə verilən gecə reyslərindən ən çox səfər "Qırmızı körpü" istiqamətinə olub.
LİVE.az-ın məlumatına görə, bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər 411 reys həyata keçirilib:
"Bildiyimiz kimi ötən ilin oktyabr ayının 1-dən gecə reysləri istifadəyə verilib. Gəncə, Qırmız körpü, Mingəçevir və Şəki istiqamətlərində hərəkət edən avtobuslarla ümumi 411 reys həyata keçirilib. Bu reyslərlə 23 min sərnişin daşınıb".
P.Məmmədova əlavə edib ki, "Qırmızı körpü" istiqamətindən sonra ən çox gecə səfərləri Gəncə və Şəkiyə olub.