Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin tikintisi gündəmdədir

  


“Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası gündəmdədir”.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava bildirib.

O, mövcud gömrük infrastrukturunun bərpa etdirilməsi və modernləşdirilməsi ilə bağlı planların da olduğunu deyib.

L.Kakavanın sözlərinə görə, dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri