Pərvin Abıyeva sosial mediaya qayıtdı
- 26.01.2020, 20:38,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İşdən çıxarılan polis sevgilisinin qardaşının ölümü ilə gündəmə düşən Pərvin Abıyeva müəyyən fasilədən sonra sosial şəbəkəyə qayıdıb.
LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cavid Abdullayevin vəfatından sonra 1 aya yaxındır ki, 1 milyonluq instaqram hesabını bağlamışdı. Lakin aktrisa ötən gün səhifəsini açaraq hekayə bölməsində Michael Kiwanukanın “Love and hate” mahnısını paylaşıb.
Qeyd edək ki, ölən Cavid Abdullayev aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşıdır. Məlumata görə, Pərvin Abıyev, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Kiyevdə keçiriblər.
Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.
Bundan əlavə, Muradın ad günündən görüntüləri Pərvin və rəfiqələri ictimailəşdirdiyi üçün o, işindən azad olunmuşdu.