“S&P”: Azərbaycanda vergitutma, qeyri-neft gəlirlərinin idarəçiliyi sahəsindəki tədbirlər dövlət gəlirlərinin artmasını şərtləndirir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda ortamüddətli perspektivdə cari əməliyyat hesablarının profisiti 2019-cu ildə ÜDM-in 8,8 faizinə qarşı bu il 6 faizdən az olacaq.

Live.az məljmat verir ki, report agentliyin yaydığı açıqlamaya istinadən xəbər verir ki, "Şahdəniz" yatağındakı qaz hasilatının artmasına baxmayaraq, karbohidrogenlərin daha ucuz olması və neft hasilatının sabit qalması nəticəsində cari əməliyyatlar hesablarının mədaxili məhdudlaşacaq: “Buna baxmayaraq, neft sektoru ilə bağlı xidmətlərin azalmasının şərtləndiyi idxal xərclərinin və əsas kapitala sərmayələrin azalması ilə xarici balansın profisiti dəstəklənəcək”.

Agentliyin ekspertlərinin fikrincə, başlıca müsbət reytinq amili olaraq qalan xarici iqtisadi göstəricilər Dövlət Neft Fondunun xarici ölkələrdəki böyük həcmdə sərmayələrlə dəstəklənəcək. Belə ki, xarici likvid aktivlərinin həcmi xarici borcun həcmini 2020-ci ildəki cari əməliyyat hesablarındakı tədiyyələrin 105 faizi, 2021-2023-cü illərdəki tədiyyələrin isə orta hesabla 112 faizi qədər artıq olacaq ki, bu da xarici balans profisitilə dəstəklənəcək.

“Azərbaycan bundan sonra da xarici ticarətdəki volatil şərtlərlə bağlı risklərlə üz-üzə qalacaq. Bununla belə fikrimizcə, ölkənin möhkəm netto-kreditor mövqeyi sayəsində xaricdəki iqtisadi dəyişikliklərin daxili iqtisadi vəziyyətə mənfi təsirini yumşaldan bufer olacaq”, - açıqlamada qeyd olunur.

Agentliyin proqnozlarına əsasən, tədiyyə balansının profisiti 2020-ci ildə ÜDM-nin 6,1 faizi, 2021-2022-ci illərdə 5,8 faizi, 2023-cü ildə 5,3 faizi, xarici ticarətin profisiti isə adıçəkilən illərdə müvafiq olaraq ÜDM-in 15,5 faizi, 15,2 faizi, 15,3 faizi, 15,0 faizi səviyyəsində olacaq.

Ölkənin büdcə məsrəfləri 2019-cu ildə ÜDM-in 32 faizinə qarşı 2020-ci ildə 36 faizədək artması, sonrakı dövrdə isə sabit qalması gözlənilir. Agentliyin fikrincə, "Şahdəniz-2" layihəsinin işə salınması və qarşıdakı illərdə genişlənməsi hökumətin büdcəsinə mühüm təsir göstərməyəcək: “Bu da qazın ixracat gəlirlərinin daha çox layihənin əsas hissəsini maliyyələşdirən, hökumət zəmanətilə xaricdən maliyyə alan “Cənub Qaz Dəhlizi” (SGC) dövlət hüquqi şəxsinin borclarını ödəmək üçün sərf ediləcəyilə bağlıdır. Buna baxmayaraq, hökumət tərəfindən qeyri-neft gəlirlərinin idarəolunmasını təkmilləşdirmək, vergi qanunlarına əməl olunmasını təşviq etməyə yönələn hazırkı tədbirlərin gəlirləri get-gedə artıracağını gözləyirik”.

Ölkənin xarici iqtisadi göstəricilərinin dəyişikliklərinə uyğun olaraq büdcə profisiti də 2020-2023-cü illər ərzində xeyli azalacaq: “Məcmu büdcənin profisiti 2019-cu ildə ÜDM-nin 8,1 faizinədək dəyərləndirilməsinə qarşı 2023-cü ilin sonunadək orta hesabla 1,8 faiz səviyyəsində gözlənilir. Neft-qaz gəlirlərinin ötən ilə nisbətən azalmasına baxmayaraq, 2019-cu ildə güclü vergitutma göstəriciləri Dövlət Neft Fondunun xaricdəki aktivlərinin idarəolunmasından daha yüksək gəlirlərilə dəstəklənib. Bu da 2020-ci ildə cari məsrəflərin artması, ÜDM-in nominal dəyərinin sabit qalması ilə bağlı olacaq. Fikrimizcə, bu yaxınlarda minimum əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin artırılması büdcənin başqa məsrəflərinin, o cümlədən əsas kapitala dövlət sərmayələrinin yenidən bölüşdürülməsi nəticəsində qismən örtüləcək. Həmçinin büdcə məsrəflərinin artımını məhdudlaşdırmağa yönələn yeni tədbirlərin orta perspektivdə büdcəyə nəzarətin saxlanmasına dəstək verəcəyi qənaətindəyik”.

Qarşıdakı dörd il ərzində hökumət aktivlərinin xalis həcminin ÜDM-in 55 faizi səviyyəsində qalacağı da qeyd olunur: “Burada yalnız Dövlət Neft Fondunun xarici likvidlik aktivləri nəzərə alınır, əksinə, fondun daxili sərmayələri və bəzi xarici aktivləri (ÜDM-in 17 faizi səviyyəsində) kimi lazım gəldikdə satılması müşkül olan aktivlər nəzərə alınmır. Bənzər ölkələrin əksəriyyəti, o cümlədən Körfəz ölkələrilə müqayisədə Azərbaycan Dövlət Neft Fondunun sərmayələrilə bağlı daha çox şəffaflıq nümayiş etdirir”.

“S&P”nin proqnozlarına görə ölkənin dövlət borcunun ÜDM-ə nisbəti sabit olaraq qalacaq: “2021-ci ildən etibarən dövlət borcunun mütləq rəqəmlərlə bir qədər artması büdcə kəsirini örtmək üçün cəlb edilən vəsaitlər hesabına olacaq. 2015-ci ildən etibarən hökumətin borcları büdcə kəsiri çərçivəsində nəzərdə tutulandan daha sürətlə artıb. Bu da daha çox “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2017-ci ildə 2,3 milyard dollar həcmində öhdəliklər qəbul etməsindən və “Aqrarkredit” QSC-nin Mərkəzi Bankdan aldığı kreditlərə dair müstəqil zəmanətini hökumət borcunun bir hissəsi olaraq dəyərləndirilməsi barədə rəyimizdən irəli gəlir. Fikrimizcə, hökumətin üzləşdiyi və ölkə bank sisteminin zəifliyilə bağlı olan əsas risklər artıq gerçəkləşib, əlavə şərti öhdəliklərin həcminin məhdud olacağını gözləyirik. Azərbaycanın maliyyə sistemi hələlik zəif olsa da, iqtisadi artımın artan sürəti sayəsində onun da getdikcə güclənməsini gözləyirik”.

2015-ci ilin dekabr ayında üzən məzənnə tətbiq olunduqdan sonra hökumət tərəfindən mütəmadi olaraq bazara valyuta buraxması sayəsində manatın dollara qarşı mübadilə məzənnəsinin 1,7 manat səviyyəsində sabitləşdiyi qeyd olunur.

“Mübadilə məzənnəsinin çevik olmaması Mərkəzi Bankın pul-kredit siyasəti yeritmək imkanlarını məhdudlaşdırır. Həmçinin rezidentlərin depozitlərində 2015-ci ildəki 76 faizdən hazırda 55 faizə enməsinə baxmayaraq hələ də dollar payının yüksək olması da MB-nın daxili pul bazarına, iqtisadi artıma təsir etmək imkanlarını azaldır. Bununla yanaşı Azərbaycanın daxili borc kapitalı bazarını hələ də kiçik və lazımınca inkişaf etməmiş, MB-nin əməliyyat müstəqilliyi isə məhdud olaraq dəyərləndiririk”, – deyə “S&P”nin açıqlamasında vurğulanır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri