İcbari tibbi sığorta çərçivəsində bir ailə həkiminə neçə nəfər təhkim olunacaq?
- 30.01.2020, 19:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"İcbari tibbi sığorta çərçivəsində hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə isə 800-ə qədər uşaq təhkim olunacaq".
LİVE.az report-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir:
"Xəstə xəstəxanaya müraciət edərək "burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidir".
Agentlik rəsmisi bildirib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq: "İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır".
O xatırladıb ki, yanvarın 1-dən ilkin mərhələdə şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb və nəticələr qənaətbəxşdir: "Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib ".