Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqlayıb
- 30.01.2020, 19:31,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 56 qərar qəbul edib.
LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə AİHM-in “2019-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-də Azərbaycan üzrə 397 ərizəyə baxılıb, 427 ərizə qəbul olunmayıb, 56-sı üzrə qərar çıxarılıb.
2018-ci illə müqayisədə Azərbaycan üzrə AİHM-də baxılan ərizələrin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2018-cı ildə AİHM-də Azərbaycan üzrə 331 ərizəyə baxılıb, onların 261-i qəbul edilməyib, 43-ü üzrə isə qərar çıxarılıb.
2019-cu ildə 108 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.