Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 36% azalıb
- 30.01.2020, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2019-cu ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 36,4% azdır.
Ötən il Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 9,8% azalaraq 220,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb.
Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80 milyon manat olub.