Azərbaycandan Gürcüstana gedən bir qrup çinli turist həkim nəzarətinə götürülüb

Gürcüstanın Kazbeqi rayonunda olan bir qrup çinli turist həkim nəzarətinə götürülüb.

LIVE.az “Report”a istinadla xəbər verir ki, 9 nəfərdən ibarət qrup Tbilisidəki xəstəxanalardan birinə çatdırılacaq.

Qrupda olan iki uşaqda yüksək temperatur qeydə alınıb.

Çinli turistlər yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gediblər.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib ki, həmin şəxslərdə koronavirus ehtimalı istisna olunsa da, onlar tibbi yoxlanışdan keçiriləcəklər.
Şərhlər
Dünya bölməsinin xəbərləri