Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.

LIVE.az-ın report-a istinadla verdiyi xəbərinə görə, Nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, mütəxəssis olmayan şəxslər “WhatsApp”da cürbəcür səsli mesajlar paylaşırlar:

“Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır. Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.
Şərhlər
Sosial bölməsinin xəbərləri