Birinci dünya müharibəsinin atmosferi Bakıda hiss edildi


“Park Cinema” kinoteatrlar şəbəkəsi 2020-ci ilin tədbirlərinə start verib. Çərşənbə günü “Park Cinema Flame Towers”də Sem Mendesin “1917” filminin bağlı nümayişi keçirilib. “Amapola Events” şirkəti ilə birgə keçirilmiş tədbirdə birinci dünya müharibəsinin atmosferi canlandırılıb.

LİVE.az-ın məlumatına görə, Sem Mendes (“Skayfoll”, “Amerikansayağı gözəllik”, “Dəhşətli nağıllar”) tərəfindən çəkilmiış filmin baş qəhrəmanları cəbhəyə təcili bir məktub çatdırmalıdır. Çatdıra bilməsələr, 1600 əsgər düşmən tərəfindən əhatəyə alınacaq. Baş rollarda Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) və Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) çəkilib. Polkovnik Makkenzinin rolunu isə Benedikt Kamberbetç canlandırıb.

“Qızıl Qlobus-2020” mükafatının “Ən yaxşı dram filmi” və “Ən yaxşı rejissor” nominasiyalarında qalib gələn film birinci dünya müharibəsindən bəhs edir.

Britaniya ordusu Hindeburqun xəttinə hücum etməyə planlaşdırır. İki əsgər, kiçik kapral Bleyk və kiçik kapral Skofild cəbhə xəttinə hücumun ləğvi haqqında göstərişi çatdırmalıdırlar. Çatdırmasalar, 1600 əsgərlərdən ibarət batalyon düşmən tərəfindən mühasirəyə alınacaq. Bleyk üçün bu tapşırıq xüsusi və şəxsi önəm daşıyır, çünki həmin batalyonda onun doğma qardaşı qulluq edir.

Todd Fillips və onun “Joker”i mütəxəssislər tərəfindən “Qızıl Qlobus”un favoriti sayılsa da, “1917” iki əsas nominasiyada qələbə qazana bilib və hazırda “Oskara” əsas namizədlərdəndir.  

Tamaşaçılar “1917” filminə IMAX formatında ancaq “Park Cinema”da izləyə biləcəklər. Bu film onsuz da kifayət qədər zəngin repertuarla dolu yanvarın ən gözlənilən premyerlardan biri olacaq. Bundan savayı, “Park Cinema”da bu gündən “Kamuflaj və casusluq” animasiya filmi, real hadisələr əsasında çəkilmiş “Riçard Cuellin işi” dramı, ayın 16-dan “Fermaqeddon” və “Lənətəgəlmişlər” filmləri, 23-dən isə Uill Smit və Martin Lourensin iştirakı ilə “Bad Boys: For Life” filmi və Roman Polanskinin “Zabit və casus” lenti göstəriləcək.

 



Birinci dünya müharibəsinin atmosferi Bakıda hiss edildi

























































































Şərhlər
Şou-biznes bölməsinin xəbərləri