"A J Walter Aviation" AZAL-ın təyyarələrinin rebrendinqini həyata keçirəcək

"A J Walter Aviation" AZAL-ın təyyarələrinin rebrendinqini həyata keçirəcək Təyyarələrə texniki xidmət göstərilməsi sahəsində dünya lideri olan "A J Walter Aviation" şirkəti 2013-cü ilin sonunadək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bütün təyyarə parkının rebrendinqini tamamlayacaq. Bu barədə Trend şirkətin rəsmi saytına istinadən məlumat verir.


Rebrendinqi cari ilin sonunda həyata keçirilməli olan AZAL-ın aviaparkı 18 təyyarədən ibarətdir. Onlar arasında "Airbus 319", "Airbus 320", "Boeing 757" və "Boeing 767" təyyarələri var. Rebrendinqə təyyarələrin rənglənməsi də daxildir.


Şirkətin texniki direktoru Dipak Şarma deyib: "Biz "Azərbaycan Hava Yolları" ilə uzunmüddətli əlaqələrimizi davam etdirməkdən məmnunuq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri