Hadisə: “Qaydalarımı bir kişi dəyişdirə bilməz”




Türkiyənin pop ulduzu Hadisə nüfuzlu “Cosmopolitan” jurnalının Türkiyə siması olub.

Sənətçi həm dərgi üçün fərqli obrazda kamera qarşısına keçib, həm də maraqlı açıqlamalar verib.

“Haqqımda çox yalan məlumat yayırlar. Bu haqsızlıq qarşısında insan partlamalıdır. Amma mən sakit qalıram. Bu səbəbdən özümlə qürur duyuram. Amma bir şey var ki, bu cür addım atdığım üçün daxilimdə kefsiz oluram. İnsanlarla dərdləşmək yerinə bir göz yaşı axıtmaq kifayətdir”, - deyə pop ulduz qeyd edib.

Sənətçi sevgilisinin olmamasından da danışıb: “Eşq yaşamadığım üçün özümü pis hiss etmirəm. Tək qalmağım lazımdırsa, tək qalaram. İki gün konsert üçün məşqim varsa, sevgilimlə görüşmərəm. Özüm üçün qoyduğum qaydalar var, kişi bunu dəyişdirə bilməz. Mən təklikdən xoşbəxt olan bir qadınam. Əgər mühafizəkar biri olacaqsa, məni məşğul etməsin”.





  
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri