Mahmud Abbas: “Tarixə Qüdsü satan biri kimi düşməyəcəyəm”
- 01.02.2020, 22:38,
- Dünya / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Trampın “Yüz illiyin anlaşması” adlandırdığı sülh planını rədd edirik, ABŞ artıq Fələstin üçün dost ölkə deyil.
“Haber Global”ın məlumatına görə, bu barədə Fələstin lideri Mahmud Abbas danışıb.
“Trampın “Yüz illiyin anlaşması”nı rədd edirəm. Tarixə Qüdsü satan və ya ondan imtina edən biri olaraq düşmüyəcəm. ABŞ artıq Fələstin üçün dost bir ölkə deyil. Trampla görüşü də rədd etdim”, - Abbas bildirib.