Bakıda keçiriləcək AVRO-2020-nin oyunları İstanbulda təbliğ olunur


Avro-2020-nin Yerli Əməliyyat Qrupu Türkiyənin İstanbul şəhərində keçirilən EMİTT (East Mediterranean International Tourism and Travel exhibition) beynəlxalq turizm və səyahət sərgisində iştirak edir.

LİVE.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Əməliyyat Qrupu sərgiyə Azərbaycan Turizm Bürosu ilə birgə qatılıb. Məqsəd iyun və iyul aylarında Bakı şəhərində keçiriləcək Avropa çempionatının oyunlarının təbliğatıdır.

Yanvarın 29-da açılan sərgi fevralın 2-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
Şərhlər
İdman bölməsinin xəbərləri