Suriyada 172 sərnişinin olduğu təyyarə raketlə vurula bilərdi

Suriyanın hava məkanından istifadə edən və göyərtəsində 172 sərnişinin olduğu mülki təyyarə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, bu gecə İsrail ordusuna məxsus “F-16” qırıcıları Suriya paytaxtının ətrafına 8 hava-yer tipli raket buraxıblar. Hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemi işə düşüb.

Nəticədə təhlükəli ərazidə olan “Airbus-320” təyyarəsi Dəməşq hava limanına eniş istəyib. Hava limanının nəzarətçiləri dərhal sərnişin təyyarəsini təhlükəli ərazidən uzaqlaşdıraraq Rusiyanın Hmeymim hərbi bazasına endiriblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri