8 saatlıq iş rejimi ilə bağlı yaradılan monitorinq qrupunun istiqamətləri açıqlanıb
- 07.02.2020, 10:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək".
LİVE.az report-a istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, ilk növbədə, şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işəgötürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq.
Nazir bildirib ki, ikinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar həyata keçiriləcək: "Hazırda təklifləri hazırlayırıq və hökumətə təklif ediləcək. Müvafiq qərardan sonra məsələ təmin ediləcək. Araşdırmalarımızın, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlıq olunacaq, işçiyə və işəgötürənə hüquq və vəzifələr izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".