Koronavirusa görə neft hasilatının azaldılması tövsiyə edilib

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin formalaşdırdığı OPEC+ formatı üzrə Texniki Komitə koronavirusun yayılmasının iqtisadiyyata təsirini azaltmaq üçün neft hasilatının həcmini gündəlik 600 min barel azaltmağı tövsiyə edib.

LİVE.az-ın məlumatına görə, bu barədə report bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı yekun qərarı OPEC+ ölkələrinin Nazirlər Komitəsi qəbul edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri