İƏT Qəbələdə turizmin inkişafı proqramının hazırlanmasına yardım edəcək

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə birlikdə Qəbələ üçün turizmin inkişafı proqramını hazırlayacaq.

Bu barədə report qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram özündə Qəbələnin 2020-ci ildə İƏT-nin turizm paytaxtı seçilməsi ilə əlaqədar turizm, mədəniyyət, incəsənət, irs festivallarının və İslam turizmi sərgilərinin keçirilməsini əhatə edir.

Qeyd edək ki, Qəbələ 2018-ci il fevralın 5-7-də keçirilən İƏT turizm nazirlərinin konfransının 10-cu sessiyasında İƏT-nin 2020-ci ildəki turizm paytaxtı seçilib.

İslam turizminin paytaxtı hər il üzv dövlətlərlə məsləhətləşmədə İƏT tərəfindən seçilir. Proqram ayrı-ayrı şəhərlərin turizm və iqtisadi potensialını inkişaf etdirmək, eyni zamanda turizm sektorunda məhsul və xidmətlər mübadiləsi və infrastruktur dəstəyi ilə İslam həmrəyliyini gücləndirmək məqsədi daşıyır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri