Badamdarda sürüşmə olub
- 15.02.2020, 10:30,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov "Report"a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:
"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".
///
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
Sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.