Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn ediləcək

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn ediləcək Xalq artisti, bəstəkar Şəfiqə Axundova sabah Fəxri Xiyabanda dəfn ediləcək. Bu barədə məlumatı ANS-ə mərhum bəstəkarın bacısı Rəfiqə Axundovanın gəlini verib. Məlumata görə, Şərqin opera yazan ilk qadın bəstəkarı ilə vida mərasimidə sabah keçiriləcək. Mərasim saat 13:00-dan 15:00-a kimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Xatırladaq ki, Ş.Azundova bu gün günorta saatlarında müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

86 yaşlı Şəfiqə Axundova iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşib. Xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirillən xalq artisti daha sonra Bakıya Klinik Mərkəzə gətirilib.

Bəstəkar Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Ömürünün 90-cı yayını yaşayan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.

Bəstəkar 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Ş. Axundova "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

Allah rəhmət etsin!
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri