“Sevgi romanı” filmin qala gecəsi



12 fevral Nizami Kino Mərkəzində “Sevgi romanı” filmin qala gecəsi  baş tutdu. 2 D formatında çəkilən filmin qalasında filmdə rol alan  aktyor heyəti, tanınmış kino xadimləri, şou-biznes üzvləri  iştirak edib. Qaladan əvvəl isə O. Rəsulova KiV nümayəndləri ilə  danışaraq filmin uğur qazanacağını bildirib:

“Bu filmdə sevgidən çox təbliğat var. İstəyirik ki, məqsədimizə çataq və mesajlarımız ünvanına çatsın. Gənclər baxsın və başqalarının səhvini təkrarlamasınlar. Film bazarını komediya janrı tutub, amma insanlarımız dramada meyillidir. İnsanlar sevgi, həyəcan hiss edirlər, yaşamadıqları hissləri filmlərdə görürlər. Onlar  bu filmdə özlərini görəcəklər”.

Filmin baş rolunu məşhur rəqqasə Oksana Rəsulova oynayır.O, filmdə təkcə aktrisa kimi çıxış etmir, eyni zamanda onun prodüseridir. Qeyd edək ki, Oksana Rəsulova 2012-ci ildən indiyə qədər "3 bacı", "Zaman adlı qatar", "Şər qarışanda", "Mələyin öpüşü", "Bayram axşamı" kimi filmlərə çəkilib.

Filmdə həmçinin Şəhriyar Əbilov, Azər Aydəmir, Zümrüd Bədəlova, Kazım Abdullayev, Vahid Əliyev, Abdulqəni Əliyev və başqaları çəkilib.
Filmin çəkilişləri Bakı və Nabranda aparılıb.

Filmin quruluşçu rejissoru Vüsal Hacıqadir, ideya müəllifi və icraçı prodüseri İsmayıl Bağırov, senari müəllifi Azər Aydəmir, döyüş səhnələrinin quruluşçusu Etibar İsayev,  quruluşçu-rəssam Qoşqar Cəlaldır.

Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yalnış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi məhəbbət əks etdirən Xanlar, Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmaqa qərar verir. Lakin Xanlar bununla faydalanmır və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılıqı lazımdır. Dünyada tək qaldıqını sanan  Cəmilənin köməyinə, təsadüfən rastlaşdıqı Eldar(Şəhriyar Əbilov) çatır. Cəmilə onun bu fədakarlıqı qarşısında ona bir könüldən min könülə aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var. Cəmilə faktiki ərdədir, təqiblər davam edir və Eldarda ona qoşularaq səfil həyatı sürür. Buna son qoymaq lazımdır. Haqq ədalət bu sevgi romanının qarşısında bərqərar olmalıdır.  







 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri