"Mançester Siti" iki illik Çempionlar Liqasından kənarlaşdırıldı - RƏSMİ


Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin "Mançester Siti" klubunun Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.

LIVE.az-ın xəbərinə görə, klub maliyyə fırıldaqçılığında ittiham edilir.

Qərara əsasən, İngilis klubunun Avropa yarışlarında iştirakı iki il müddətinə ləğv edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, "Mançester Siti" 2020/2021 və 2021/2022 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri