241 avtoxuliqan məhkəməyə verilib

Bu ilin 6 ayı ərzində Bakıda 241 avtoxuliqan yaxalanaraq məhkəməyə verilib. Bu barədə iyulun 26-da Bakı şəhər Baş Polis İdarəsində 2013-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Məlumata görə, paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qabaqlayıcı profilaktiki tədbirlər ön plana çəkilmiş, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilib, nəticədə qeydə alınmış hadisələrin sayı 13 fakt (503-dən 490-dək), yaralananların sayı isə 52 fakt (558-dən 506-dək) azalıb, qeydə alınan 152 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,7 faizinin açılması təmin olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri