Çində koronavirusdan ölənlərin sayı 1 600 nəfəri ötdü


Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların 1665 nəfəri ölüb, 9419 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

"Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən koronavirusun yeni tipinə yoluxmanın 68 500 təsdiq edilmiş hadisəsi haqqında informasiya aldı. Hazırda 57 416 nəfər (onlardan 11 272 nəfəri ağır vəziyyətdədir - red) xəstədir, 9419 nəfər xəstəxanalardan evə buraxılıb, 1665 nəfər ölüb”, - dövlət komitəsinin xəbərində deyilir.

Honkonqda virusa 56 yoluxma hadisəsi aşkarlanıb. Onlardan 1-i ölüb, 1-i sağalıb, Makaoda 10 yoluxma hadisəsi (onlardan 3-ü artıq xəstəxanalardan evə buraxılıb) aşkarlanıb, Tayvanda 18 nəfər (onlardan 1-i sağalıb) yoluxub.

///

Çində koronavirusdan ölənlərin sayı 1 500 nəfəri ötdü

2020-02-15 12:25


Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 66 400 nəfəri ötüb.

Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı artaraq 1 523 nəfər olub. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır. Ölkədə virusa yoluxma şübhəsi ilə 8 900-dən çox insan karantin altına alınıb.

Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 000-dən çox ölkə vətəndaşı isə tibbi nəzarətdə saxlanılır.

///

Çinin Hubey əyalətində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.

Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı ümumilikdə 1 457 nəfərə çatıb.

Məlumata görə, əyalətdə koronavirusa yoluxanların ümumi sayı 54 400 nəfəri ötüb. Bir gündə 139 yeni ölüm faktı qeydə alınıb.

Virusa yoluxanlardan 4 774 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,53 faizdən 2,67 faizə qalxıb.


Report, TASS, RİA "Novosti"
Şərhlər
Dünya bölməsinin xəbərləri