Qay Riçinin “Centlmenlər” filmi Bakıda nümayişə çıxdı



Qay Riçi qayıdır – “Park Cinema” “Centlmenlər”ə hazırlaşır!

“Aladdin” filminin rimeykini buraxandan sonra Britaniyalı rejissor Qay Riçi yenə də öz sevimli və ona dünya şöhrətini qazandıran janra qayıdır. “Centlmenlər” adlı kriminal komediyasında Mettyu MakKonaxyu, Çarli Hannem, Henri Qoldinq, Mişel Dokeri, Kolin Farrell və Hyu Qrant çəkilib. Filmin premyerası 3 dekabr 2019-cu ildə Londonda keçirilib, filmə baxan tamaşaçılar və mütəxəssislər həmrəy idi: Qay Riçinin qayıdışı mükəmməl alınıb.

Bağlı nümayişi “Park Cinema Park Bulvar” kinoteatrında keçirilmiş filminin süjeti ilk baxışdan kifayət qədər sadədir: britaniyalı narkobaron öz imperiyasını oklaholmlu milliarderlərin dinastiyasına satmaq istəyir. Filmin ideyasını Qay Riçi 10 ilə yaxın daşıyırdı. Onun sözlərinə görə, əvvəlcə o serial haqqında düşünürdü, amma sonra fikrini dəyişib tammetrajlı film çəkmək qərarına gəlib: “Bu film Böyük Britaniya və ABŞ arasında olan mədəni və mənəvi fərqləri göstərəcək”.

“Rotten Tomatoes” saytında bu film kifayət qədər yüksək reytinqə nail olub (76%), IMDB-in istifadəçiləri ona 8,1 ball verib (10-ballıq sistemlə).

Azərbaycan tamaşaçıları bu filmə bu gündən başlayaraq ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində baxa bilər.





































 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri