Portuqaliya millisinin və "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi Georgina Rodrigez bu il 70-ci dəfə keçirilən Sanremo Musiqi Festivalında diqqətləri öz üzərinə çəkməyi bacarıb.
LIVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, tədbirin aparıcısı olan 22 yaşlı model rəqsi ilə gecəyə damğa vurub.
O, bu məharətinə görə zalda əyləşənlərdən alqışı qoparıb. Bu zaman Ronaldo sevgilisinə gül buketi təqdim etməklə yanaşı, Rodrigezi öpüb. 22 yaşlı model gecədə üç libasdan istifadə edib.