Çempionlar Liqası: "Liverpul" və PSJ uduzdu
- 19.02.2020, 08:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Live.az-ın məlumatına görə, İspaniya və Almaniyada görüşlər keçirilib. Madriddəki "Vanda Metropolitano" stadionunda "Atletiko" turnirin son qalibi İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə Saul Nyiges vurub.
Dortmunddakı "Siqnal İduna Park"da isə "Borussiya" ilə Fransa PSJ-si üz-üzə gəlib. Görüşün ilk yarısında hesab açılmayıb. Qollar isə ikinci hissənin sonlarına doğru vurulub. 68-ci dəqiqədə meydan sahiblərindən Erlinq Holann hesabı açıb. 76-cı dəqiqədə Neymar bərabərlik qolunu vursa da, 78-ci dəqiqədə Holann yenidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar24:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0 (İkinci hissə)Qol: Saul Nyiges, 4
Baş hakim: Şimon Marçinyak (Polşa)Madrid, "Vanda Metropolitano"
24:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 2:1 (İkinci hissə)Qollar: Erlinq Holann, 68; 78 - Neymar, 76Baş hakim: Mateo Laos (İspaniya)
Dortmund, “Siqnal İduna Park”Ikinci oyun günündə də iki matç baş tutacaq. İtaliyanın "Atalanta" komandası İspaniyanın "Valensiya" komandasını qəbul edəcək.
Günün digər qarşılaşmasında "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edəcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi24:00. "Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)Baş hakim: Maykl Oliver (İngiltərə)
"San Siro" stadionu
24:00. "Tottenhem" - "Leyptsiq" (Almaniya)Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Tottenhem" stadionu