Neftçalanın icra başçısı vəzifəsindən azad edildi

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Live.az report-a istinafla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilməsi barədə məlumat yayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri