Xaçmazda oğul atasını bıçaqladı
- 27.07.2013, 09:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə saatlarında Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində oğul atasını bıçaqlayıb.
Trend-in Regional TV-yə istinadən verdilyi məlumata görə, 48 yaşlı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini Fələmurov Ənvər Şalbuz oğlu bıçaq xəsarəti ilə Xudat şəhər Xəstəxanasında çatdırılıb.
İlkin yardımdan sonra yaralı Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Alın və döş qəfəsindən 3 bıçaq zərbəsi alan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, Ənvər Fələmurov oğlu tərəfindən bıçaqlanıb. Hadisə ata-oğul arasında yaranan şəxsi münaqişə zəmnində baş verib. Atasını bıçaqlayan oğulun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.