Qızılın qiyməti 7 illik rekordu yenilədi



Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

LİVE..az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.

Həmçinin qeyd edək ki, qəzıl bu həftəni 1640 ABŞ dolları göstərcisindən yuxarı bağlayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri