Bakıda yol ötürücüsünün altında baş verən qəzada piyada öldü
- 25.04.2013, 23:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərdəkan-Bakı şossesində baş verən avtomobil qəzası piyadanın ölümü ilə nəticələnib.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 20:00 radələrində Mərdəkan-Bakı şossesinin 20-ci km-də 1977-ci il təvəllüdlü Rəhimov Səid Davud oğlu idarə etdiyi "Toyota Avensis" markalı, "10-OX-122" dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkət edərkən Binə qəsəbəsinə gedən yolda yol ötürücüsünün altında 1960-cı il təvəllüdlü piyada Rzayev Cəfər Qəhrəman oğlunu vurub.
Piyada Rzayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.