İranla gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya işləri ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib



Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.


///


Astara gömrük postunda keçid dayandırıldı


Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”a verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

///


Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bağlandı

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri