Türkiyənin məşhur müğənniləri "Jara" festivalına gələcəklər

 


Təşkilatçılar iyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək festivalın beynəlmiləl gününə məşhur türkiyəli ifaçıların adlarını da daxil ediblər.

 İyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək Bakı Beynəlxalq "Jara-2020" Musiqi Festivalında ilk dəfə Türkiyənin tanınmış ifaçıları çıxış edəcəklər.

LİVE.az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Müğənnilər avqustun 1-də, festivalın beynəlmiləl günündə Bakı səhnəsində çıxış edəcəklər. Mustafa Sandal, Rafet El Roman, Mustafa Ceceli, Serdar Ortaç və "Manqa" qrupu kimi ifaçıların çıxışı planlaşdırılır.


 

Layihə iştirakçılarının siyahısı hələ genişlənəcək. Təşkilatçılar müxtəlif ölkələrdən ifaçıları festivala dəvət etmək niyyətindədirlər.

"Jara-2020" festivalı 2020-ci ildə iyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Layihənin açılışı günü, iyulun 29-da Azərbaycanın, Rusiyanın və digər ölkələrin ən məşhur artistlərinin iştirakı ilə qala-konsert keçiriləcək. İyulun 30-da Dmitri Malikov yaradıcılıq gecəsini təqdim edəcək, eləcə də 1990-cı və 2000-ci illərin hit mahnıları səslənəcək. İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi, avqustun 1-də isə "HammAli&Navai" qrupunun və bir sıra digər ifaçıların konsertləri baş tutacaq. Bundan başqa, avqustun 2-də Yeqor Kridin solo konserti keçiriləcək və "Z" nəslinin (1995-2015-ci il təvəllüdlü) müğənniləri çıxış edəcəklər.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio" radiostansiyasının və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən məşhur estrada ulduzları iştirak edirlər.



 

 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri