İranda yenidən güclü zəlzələ oldu

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində gecə saatlarında 4,3, daha sonra isə 3,7 bal gücündə zəlzələ olub.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub.

Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.

Xatırladaq ki, fevralın 23-ü Türkiyə - İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri