Koronavirusun aşkarlandığı gürcü Azərbaycanda digərləri ilə ünsiyyətdə olub

“Koronavirusun aşkarlandığı 50 yaşlı Gürcüstan vətəndaşı Azərbaycandan gəldiyi marşrut taksisindəki şəxslərlə ünsiyyətdə olub”.

Live.az report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, həmin şəxs Gürcüstan ərazisinə keçəndən sonra yalnız tibbi heyətlə kontaktda olub.
A.Qamkrelidze virusun təsdiq olunduğu xəstəni müşayiət edən şəxsin də xəstəxanaya yerləşdirildiyini bildirib: “Həmin şəxsdə koronavirus təsdiqlənməsə də, o, həkimlərin nəzarəti altındadır”.
Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxslərin olduğu marşrut taksisi Gürcüstan ərazisinə daxil olmayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri