İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
- 28.02.2020, 08:44,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.
Live.az-ın report-a istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.
Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.
///
Suriyanın İdlib vilayətində həlak olan Türkiyə hərbçilərinin sayı 29-a çatıb.
Bunu Hatay valisi Rahmi Doğan deyib.
Onun sözlərinə görə, yaralanan 36 hərbçinin müalicəsi davam edir.
///
İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri şəhid olub.
Bunu Hatay valisi Rahmi Doğan deyib.
“Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir”, - deyə R.Doğan bildirib.
Vali xəstəxanalarda yaralılar üçün kifayət qədər qan olduğunu qeyd edərək, insanlardan xəstəxanaların ətrafında toplaşmamağı xahiş edib.