Azərbaycanda yeni mədəni marşrutların yaradılması təklif edildi

“Azərbaycan yeni mədəni marşrutların təşəbbüskarı olmalıdır. Təklif edərdim ki, ölkədə xalçaçılıq istehsalı və Avropada xalça yolları haqqında aidiyyəti qurumlar qarşısında təşəbbüs irəli sürək”.

Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xalçalar tək Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində istehsal olunur: “Ölkədə fəaliyyət göstərən xalça muzeyləri bu barədə düşünməlidir və nazirlik onlara dəstək olmağa hazırdır. İnanıram ki, gələcəkdə yeni marşrut yollarımız ola bilər”.

Ə.Qarayev bildirib ki, Azərbaycan daha bir təşəbbüs irəli sürə bilər: “Ölkəmizin qədim musiqi vətəni olduğunu, muğamın yeni rifah yoluna gəlməsini düşünərək yeni mədəni marşrutun İslam dünyasının muğam yolları adı altında təklif oluna bilər. Mövcud ənənələri qoruyub saxlamaq istəyiriksə, mədəni marşrturun təşkil olunması haqqında düşünməliyik. Müraciətlər nazirliyin müvafiq şöbəsinə göndərilə bilər və yeni əməkdaşlığa hazırıq. Çünki Azərbaycanın mədəni marşrutlara liderlik etmək potensialı var və bütün regionlar bu barədə düşünməlidir”.

Qeyd edək ki, Azərbaycanda bu gün 5 beynəlxalq mədəni marşrut yolu mövcuddur. Bura şərab yolları, yəhudi irsi üzrə Avropa marşrutu, qədim qayaüstü incəsənət izləri, tarixi termal şəhərlər assosiasiyasının “termal şəhərlər” və zeytun ağacları mədəni marşrutları aiddir.



Report
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri