TƏBİB sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirdi
- 28.02.2020, 18:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Əgər biz xaricdən gələn insanları xəstəxanada saxlamasaq, həmin şəxslər ətrafdakılar və onların ailələri üçün təhlükə yarada bilər. Onların gözləmə müddətini isə həkim müəyyən edir".
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev mətbuat konfransında deyib.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə sosial şəbəkələrdə xəstəxanalarla bağlı yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, TƏBİB xəstəxanaların təhvil-təslim prosesinə bu ilin yanvar ayından başlayıb:
"Proses hələ də davam edir. Ona görə də xəstəxanalardakı vəziyyətin yaxşılaşdırılması istiqamətində çalışırıq. Nə qədər çox insan yoxlanılsa, xəstəlik riskini aradan qaldıra bilərik".
Report