Bakı-Tehran reysi dayndırıldı [Yenilənib]
- 29.02.2020, 21:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AZAL Tehrana uçuşları dayandırırMövcud epidemioloji vəziyyət ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana uçuşları dayandırır.
Bu barədə mediaya AZAL-dan məlumat verilib.
Məlumata görə, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi "Buta Airways" İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.
Həmçinin, "İran Air" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.
///
15:34 29/02/2020
AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq edib
Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.
LIVE.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi "Buta Airways"in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.