"S&P 500" indeksi kəskin azalıb
- 29.02.2020, 16:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Standard & Poor's” reytinq agentliyinin tərtib etdiyi “S&P 500” indeksi yayılan koronavirusun təsirindən investorların həddən artıq dəyişkən səhmlərdən uzaqlaşmağa davam etdiyi üçün cümə günü kəskin azalıb.
LİVE.az xəbər verir ki, bu barədə APA-nın reytinq agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın birja bazarında satılan 500 seçilmiş ictimai şirkətini əhatə edən “S&P 500” fond indeksi 4,1% azalıb. Nəticədə, “S&P 500” beş gün ərzində 11% azalıb və bu, 2008-ci ildəki maliyyə böhranından bəri ən kəskin azalmadır.
Qeyd edək ki, bütün “S&P 500” şirkətlərinin səhmləri Nyu-York və NASDAQ kimi ABŞ-ın ən böyük birjalarında satılır. “S&P 500” indeksi onların ümumi kapitallaşmasını əks etdirir.