Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib
- 01.03.2020, 15:14,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandıBakıda Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən mediaya verilən məlumata görə, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb:
“Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək. Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.
Qeyd olunub ki, heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilib.
///
Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilibŞah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib.
Heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürülüb.
Qeyd edək ki, Yusif Səfərov küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsində yerləşən heykəl 1993-cü ildə ucaldılıb.