Pakistanda məsciddə törədilmiş terror aktında ölənlərin sayı 57-yə çatıb

Pakistanın Paraçinar şəhər məscidi qarşısında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Bu barədə APA xarici mətbuata istinadən məlumat verib.

Hadisə cümə namazı qılınarkən şiələrin məscidinin qarşısında törədilib. Motosikletlə hərəkət edən 2 kamikadzenin intihar hücumu nəticəsində 167 nəfər yaralanıb.

«Geo TV» kanalının məlumatına görə, partlayışlara görə məsuliyyəti «Texrikye Talibane Pakistan» təşkilatı öz üzərinə götürüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri