UEFA koronavirusla bağlı açıqlama verdi


UEFA koronavirusla bağlı vəziyyəti yaxından izləyir.

LIVE.az-ın məlumatına görə, bu barədə TASS-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır: "AVRO-2020 iyulun 12-də İtaliyanın paytaxt Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdur. Bu məsələ daim nəzarətdə saxlanılacaq".

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.
Şərhlər
İdman bölməsinin xəbərləri