Avropada koronavirusa yoluxma ehtimalı artır
- 02.03.2020, 19:13,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqına üzv ölkələrdə yeni koronavirusa yoluxma təhlükəsi orta səviyyədən yüksək səviyyəyə qaldırılıb.
“Report” “Express”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, Avropa Xəstəlikləri Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) Aİ-yə üzv ölkələrin 27-dən 18-də 2 100-dən çox koronavirusa yoluxma halı aşkarlandığına görə yeni tədbirlər planı hazırlayıb.
Planda səyahətlərlə bağlı təlimatların, tibbi məlumatların, iqtisadiyyat sahəsində tədbirlərin nəzərdə tutulduğu da bildirilib.
ECDC-nin son məlumatına görə, Avropa İttifaqı ölkələrində koronavirusdan ölənlərin sayı 38 nəfərə çatıb, 2 199 yoluxma halı var. Ölənlərin 34 nəfəri, yoluxanların 1 700-dək nəfəri isə Aİ-də üçüncü böyük iqtisadiyyat olan İtaliyanın payına düşür.
Avropa Komissiyasının səhiyyə komissarı Stella Kiriakides də virusun yayılmasına baxmayaraq, təlaşa qapılmamağı, xəstəliyə qarşı səmərəli mübarizə aparmaq üçün təmkinli olmağı vurğulayıb.